Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) gənclərin inkişafına və innovativ fəaliyyətinə dəstək vermək məqsədilə yeni tələbə təşkilatı yaradılıb.

Yeni yaradılmış UNEC İnnovativ Gənclər Təşkilatı tələbələrin innovasiya sahəsindəki fəaliyyətlərinin artırlmasına, onların elm, təhsil, texnologiya, dizayn, sahibkarlıq və digər sahələrdə ideyalarının həyata keçirilməsinə dəstək olacaq. Eyni zamanda gənclərin sosial fəaliyyətlərinin müzakirəsi, müxtəlif innovativ layihələrin hazırlanması ilə bağlı tədbirlər və təlimlər təşkil edəcək.

Təşkilat öz fəaliyyəti ilə UNEC-in gənclər siyasətinə, tələbələrin universitet həyatında daha fəal iştirakına və innovasiyalara yönəlmiş layihələrin həyata keçirilməsinə töhfə verəcək.

İnnovativ Gənclər Təşkilatının sədri  Samir İsmayılzadədir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir