• cemile@innovativeyouth.org.az

Quliyeva Cəmilə

Strateji tərəfdaşlıq departamentinin sədri

24 oktyabr 2005-ci ildə Bakı şəhərində anadan olub.
2018-2023-cü illərdə Gəncə şəhəri 27 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü məktəb litseyində təhsil alıb və həmin məktəbi yüksək qiymətlərlə bitirib.2023-cü illərdə keçirilən qəbul imtahanlarında göstərdiyi nəticəyə əsasən Azərbaycan Dövlət İqtisad Universitinin (UNEC) “İqtisadiyyat və İdarəetmə” fakültəsinin “İqtisadiyyat” ixtisasına qəbul olub. Həmçinin 2023-2024 cü illərdə Future Leaders Exchange program (FLEX) ilə Amerikada məktəbdə12-ci sinif təhsil alıb.

Məktəbli vaxtlarında da daim aktiv olub. Qarabağ rəqs qrupunun üzvü kimi müxtəlif ölkə daxilində və xaricdə keçirilən yarışmalarda fəal iştirak edib. Həmçinin rəsm,şahmat,volleyball və Amerikada football və teatr ilə məşğul olub. Amerikada təhsil aldığı müddət ərzindədə bir çox yarışlarda iştirak etmiş və layihələr həyata keçirmişdir. Eyni zamanda könüllülük layihələrindədə aktiv olaraq iştirak edib. Həmçinin hal-hazırda Azərbaycan Skautlar Assosiasiyasında (ASA) üzvdür.
Ümumilikdə onun çoxlu qazandığı medallar,fəxri fərmanlar, təşəkkürnamələr,diplomları və setifikatları var.

2024-cü ildə Amerikada Future Business Leaders of America (FBLA) klubunda üzv kimi çox aktiv olub və bir sıra layihələr həyata keçirib. Həmçinin Colorado ştatında məktəblilər arasında keçirilmiş “FBLA District 6 Leadership Conference” yarışmasında hazırladığı “Visual Design” layihəsi ilə ikinci yer qazanıb.

Üzeyr Hacıbəyli adına Uşaq İncəsənət məktəbinin Xoreoqrafiya ixtisası üzrə tam kursunu bitirdiyinə görə Şəhadətnamə

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə təşkil etdiyi “Qızıl Payız” Gənclərin Yaradıcılıq Festivalında fəal iştirak etdiyinə görə diplom ilə təltif olunub.

2023-2024 cü illərdə Amerikada Banning Lewis Preparatory Academy də “Senior” ilini uğurla bitirdiyinə görə diplom ilə təltif olunur.

Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunları”Domestic Grassroots” proqramı çərçivəsində təşkil olunan “Sports joys-Regionlar üzrə müsabiqə”-də II yer

Universitetdədə aktiv fəaliyyətini davam etdirir. Müxtəlif layihələr üzərində işləyir.