Yusifova Könül
- konulyusifova@innovativeyouth.org.az
Yusifova Könül
İqtisadiyyat və idarəetmə fakültəsi üzrə sədr
3 iyul 2006-cı ildə Naxçıvan şəhərində anadan olub. 2012-2023-cü illərdə Bakı şəhər Binəqədi 205 saylı tam orta məktəbində təhsil alıb və həmin məktəbi 2 qırmızı attestat ilə bitirib. 2023-cü ildə keçirilən qəbul imtahanlarında əldə etdiyi nəticəyə əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “İqtisadiyyat” ixtisasına qəbul olmuşdur.
Məktəb vaxtlarında Respublika fənn Olimpiadalarında iştirak etmiş və yarımfinalçı olmuşdur. Həmin illər ərzində IELTS imtahanından 7.5 (C1) bal əldə etmişdir.
2023-2024 tədris ilində Azərbaycan Dövlət İqtisad Universiteti “Tələbə Elmi Cəmiyyətinin” “İqtisadiyyat və idarəetmə” fakültəsinin sədr müavini vəzifəsini icra etmişdir. Vəzifəsi ərzində bir çox təşəkkürnamələrlə təltif olunmuşdur. Tədris ili müddətində SAT imtahanına daxil olub, yaxşı nəticə göstərmişdir.
Hazırda Ümumdünya Gömrük Təşkilatı ( ÜGT) Bakı Baş ofisində təcrübəçidir.