Rəhimova Nərmin
- narmin@innovativeyouth.org.az
Rəhimova Nərmin
İnsan resursları departamentinin sədri
2006-cı ildə Bakı şəhərində dünyaya gəlib,2012-2023-cü illərdə Goranboy rayonunun 2 saylı orta məktəbində təhsil almışdır. Hələ məktəb illərindən elm və texnologiyaya marağı ilə seçilən bu şəxs, 2023-cü ildə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərərək Azərbaycan Dövlət İqtisad Universitetinin “Rəqəmsal iqtisadiyyat” fakültəsinin “Kompyuter mühəndisliyi” ixtisasına qəbul olmuşdur.
2023-2024-cü tədris ilində təkcə akademik sahədə deyil, müxtəlif sahələrdə də özünü inkişaf etdirmişdir.
Teknofest və WRC kimi beynəlxalq texnologiya yarışlarında komanda rəhbəri kimi iştirak edərək, yüksək nailiyyətlər qazanmışdır.
Həmçinin bir sıra könüllülük layihələrində fəal iştirak edərək, liderlik bacarıqlarını inkişaf etdirmiş və ətrafında böyük motivasiya mənbəyi olmuşdur.
Hal-hazırda Gənc Könüllü, STEAM2024 və COP29 könüllüsü olaraq, həm yerli, həm də qlobal səviyyədə bir çox sosial və texnoloji təşəbbüslərdə iştirak edir, gələcəkdə öz sahəsində daha da böyük uğurlar əldə etməyə hazırlaşır.
Orta məktəb illərində bir çox beynəlxalq və yerli tədbirlərdə fəal iştirak edib. Lisey daxili imtahanlarda fərqləndiyi üçün fəxri fərman və təşəkkürnamələrə layiq görülüb.
2018-2019-cu illərdə ardıcıl olaraq Türkiyədə “Uşaqlar Günü” nə özəl beynəlxalq rəqs festivalında komandası ilə birlikdə Azərbaycanı təmsil edib.
2023-2024-cü illərdə bir sıra yerli düşərgələrdə fəal iştirak edib və sertifikatlar əldə edib.
Hal-hazırda universitetdə aktiv fəaliyyətini davam etdirir, müxtəlif təşkilatlarda üzvdür.