• ilham@innovativeyouth.org.az

Qulamhüseynov İlham

Tələbələrlə iş üzrə sədr müavini

O, 24 iyun 2004-ci ildə Sumqayıt şəhərində anadan olub. 2021-ci ildə Sumqayıt şəhəri 35 nömrəli tam orta məktəbi bitirib. Elə həmin ildə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “İqtisadiyyat və idarəetmə” fakültəsi “İqtisadiyyat” ixtisasısına qəbul olub.

Birinci kursdan etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin ictimai həyatında xüsusi fəallığı ilə seçilir.2022-ci ildə UNEC İTD fakültə üzrə sədri, 2022-2023-cü tədris ilində UNEC THİK “İqtisadiyyat və idarəetmə” fakültəsi üzrə sədr müavini və UNEC Tələbə-Rektor müavini vəzifələrini icra etmişdir.

2023-2024-cü tədris ili ərzində UNEC Tələbə Elmi Cəmiyyətinin (UNEC TEC) sədr müavini vəzifəsini icra edib.

Bir çox respublika və universitet səviyyəli tədbirlərin təşkilatçısı və iştirakçısı olub. Təşkilat və fakültə rəhbərliyi tərəfindən göstərdiyi fəaliyyətə görə fəxri fərman, təşəkkürnamə və s. ilə mükafatlandırılıb.

UNEC Ömürboyu Təhsil Mərkəzində “Soft skills” üzrə müəllim asistenti kimi göstərdiyi fəaliyyətə görə UNEC rektoru Ədalət Muradov tərəfindən sertifikat ilə təltif edilmişdir.

2023-cü ilin dekabrında YAP Səbail rayon təşkilatı tərəfindən “Biz Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” illik siyasi məktəbini uğurla başa vurduğu üçün diplomla təltif edilmişdir.

2022, 2023 və 2024-cü illərdə UNEC Məzun gününün təşkilində, 2024-cü ildə Azərbaycan Gənclər günü münasibəti ilə UNEC rektoru Ədalət Muradov tərəfindən təşəkkürnamə ilə təltif edilmişdir.

Hal-hazırda UNEC Ömürboyu Təhsil Mərkəzinin UNEC HRM MİNİ MBA proqramında təlimçi asistenti kimi fəaliyyət göstərib.