• naile@innovativeyouth.org.az

Qasımbəyova Nailə

İctimaiyyətlə əlaqələr departamentinin sədri

Qasımbəyova Nailə Emil qızı, 31 yanvar 2007-ci ildə Azərbaycan respublikası, Bakı şəhərində anadan olub.

2013-2024-ci illərdə Bakı şəhəri Suraxanı rayonu 275 saylı tam orta məktəbində təhsil alıb və həmin məktəbi “əla” qiymətlərlə bitirib.

2017-2022-ci illərdə Bakı şəhəri Suraxanı rayonu 36 saylı Musiqi Məktəbində “Fortepiano” ixtisası üzrə təhsil alıb və həmin məktəbi də “əla” qiymətlərlə bitirib.

2024-cü ildə keçirilən qəbul imtahanlarında göstərdiyi nəticəyə əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Dizayn” fakültəsinin “Dizayn” ixtisasına qəbul olub.

Məktəbli vaxtlarında rayon və məktəb səviyyəsində keçirilən, rayon mədəniyyət evində keçirilən bir çox tədbirlərdə fəal iştirak edib.

Sınaq imtahanlarında göstərdiyi yüksək nəticələrə və məktəbin sosial-ictimai həyatında aktivliyinə görə müxtəlif zamanlarda fəxri fərman və təşəkkürnamələrlə təltif olunub.

Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birinci kurs tələbəsidir və Universitetin ictimai təşkilatlarında aktiv iştirak etmək niyyətindədir.

Orta məktəb illərində bir çox beynəlxalq və yerli tədbirlərdə fəal iştirak edib. Lisey daxili imtahanlarda fərqləndiyi üçün fəxri fərman və təşəkkürnamələrə layiq görülüb.

2018-2019-cu illərdə ardıcıl olaraq Türkiyədə “Uşaqlar Günü” nə özəl beynəlxalq rəqs festivalında komandası ilə birlikdə Azərbaycanı təmsil edib.

2023-2024-cü illərdə bir sıra yerli düşərgələrdə fəal iştirak edib və sertifikatlar əldə edib.

Hal-hazırda universitetdə aktiv fəaliyyətini davam etdirir, müxtəlif təşkilatlarda üzv və könüllüdür.