• fatime@innovativeyouth.org.az

Əsgərova Fatimə

Ümumi işlər üzrə sədr müavini

26 iyul 2005-ci ildə Rusiya Federasiyasında anadan olub.
2011-2022-ci illərdə Bakı şəhəri Nəsimi rayonu 35 saylı tam orta məktəbində təhsil alıb və həmin məktəbi “əla” qiymətlərlə bitirib. 2022-ci ildə keçirilən qəbul imtahanlarında göstərdiyi nəticəyə əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Rəqəmsal İqtisadiyyat“ fakültəsinin “Kompüter elməri” ixtisasına qəbul olub.

Məktəbli vaxtlarında rayon və məktəb səviyyəsində keçirilən bir çox tədbirlərdə fəal iştirak edib. Sınaq imtahanlarında göstərdiyi yüksək nəticələrə və məktəbin sosial-ictimai həyatında aktivliyinə görə müxtəlif zamanlarda fəxri fərman və təşəkkürnamələrlə təltif olunub.

2021-ci ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif olunub.

Onun çıxışları Qarabağ Zəfərinə həsr olunmuş “Müdrik siyasət və Qarabağ zəfəri” adlı kitabda dərc olunub.

Universitetə daxil olduqdan sonra da aktiv fəaliyyətini davam etdirib.

2023-cü ildə keçirilən tədbirlərdə uğurlu çıxışlarına görə, fakültə dekanı tərəfindən ilin “Ən yaxşı aparıcısı” Fəxri Fərmanı ilə təltif olunub.