Əsgərov Süleyman
- suleyman@innovativeyouth.org.az
Əsgərov Süleyman
Layihə kordinatoru
25 iyul 2006-cı ildə Naxçıvan Muxtar Respublikasında anadan olub.
2012-2023-cü illərdə Bakı şəhəri Nəsimi rayonu 35 saylı tam orta məktəbində təhsil alıb və həmin məktəbi “əla” qiymətlərlə bitirib. 2023-ci ildə keçirilən qəbul imtahanlarında göstərdiyi nəticəyə əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadiyyat və İdarəetmə” fakültəsinin “İqtisadiyyat” ixtisasına qəbul olub.
Məktəbli vaxtlarında şəhər və ölkə səviyyəsində keçirilən idman yarışlarda fəal iştirak edib. Yarışlarda göstərdiyi yüksək nəticələrə və əldə etdiyi nailiyyətlərə görə müxtəlif zamanlarda fəxri fərman və diplomlarla təltif olunub.
2019-cu ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Diplomla təltif olunub.
Həmçinin həmin ildə keçirilən Taekwondo idman növü üzrə Bakı şəhəri açıq birinciliyində 3-cü yerə layiq görülüb. 2019-2020 ci illərdə Azərbaycan Respublikasının yığma komandasında fəaliyyət göstərib.
Universitetə daxil olduqdan sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına üzv olub.