Əliyev İlqar
- ilqar@innovativeyouth.org.az
Əliyev İlqar
Təşkilati məsələlər üzrə sədr müavini
17 avqust 2005-ci ildə Salyan rayonunda anadan olub.2011-2022-ci illərdə Salyan rayon E.Ağayev adına Arbatan kənd tam orta məktəbində təhsilini “əla” qiymətlərlə tamamlayıb. 2022-ci ildə keçirilən qəbul imtahanlarında göstərdiyi nəticəyə əsasən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Maliyyə və Mühasibat” fakültəsi “Mühasibat” ixtisasına qəbul olub.
Məktəbli zamanlarında rayon və məktəb səviyyəsində keçirilən tədbirlərdə fəal iştirakına və sınaq imtahanlarında göstərdiyi yüksək nəticələrə görə fəxri fərman və tərifnamələrlə təltif olunub. 2019-cu ildə Azərbaycan Skautlar Assosiasiyasının və Amerika səfirliyinin birgə təşkilatçılığı ilə İsmayıllıda keçirilmiş Skaut düşərgəsində skaut olaraq iştirak etmişdir.
Universitetə daxil olduqdan sonra da aktiv fəaliyyətini davam etdirib.
2022-ci ildə “Maliyyə-Mühasibat” fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsininin büro üzvü seçilib.
2023-ci ildə “Maliyyə-Mühasibat” fakültəsi Tələbə Gənclər Təşkilatında müavin olaraq fəaliyyətin davam etdirib.
Bundan savayı 2023-ci ildən UNEC Kitabxana İnformasiya Mərkəzinin əməkdaşıdır. Hal-hazırda isə Azərbaycan Beynəlxalq Bankında “Rəqəmsal Maarifləndirmə” təcrübə proqramının iştirakçısıdır.
2024-cü ildə keçirilən növbədənkənar Prezident seçkilərində müşahidəçi kimi iştirak etmişdir